Məzmuna keç

BYD

Vikipediya, azad ensiklopediya
BYD
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye avtomobil sənayesi, batereya sənayesi[d]
Təsis tarixi 10 fevral 1995
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 138.810.065.000 Çin yuanı (2023)[2]
Ümumi aktivlər
  • 679.547.670.000 Çin yuanı (2023)[2]
Ümumi gəliri
  • 602.315.354.000 Çin yuanı (2023)[2]
Xalis mənfəəti
  • 31.344.070.000 Çin yuanı (2023)[2]
Əməliyyat mənfəəti
  • 121.757.004.000 Çin yuanı (2023)[2]
Struktur
İşçi sayı
  • 703.500 nəf. (2023)[2]
bydglobal.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
BYD F3 DM — Çinin ilk hibrid nəqliyyat vasitələrindən biridir

BYD Co Ltd (ing. Build Your Dreams; hərf. "Xəyallarınızı qurun") — Avtomobil istehsalı ilə məşğul olan Çin şirkəti. Şirkətin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur.

"BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir.[3]

1995-ci ildə qurulan şirkətin işçilərinin sayı ilk illər cəmi 30 nəfər olur.

2003-cu ildə şitkət Şensi əyalətində yerləşən "Qinchuan Avtomobil Şirkəti"ni satın alır. "BYD"-nin bu sövdələşməsindən sonra, "Qinchuan Avtomobil Şirkəti"nin istehsal etdiyi "Flyer" modeli "BYD"-yə miras qalır. "Flayer" modelinin "BYD" tərəfindən istehsalı 2008-ci ilə kimi davam edir.[4]

Şirkətin özunun müstəqil hazırladığı ilk model "F3" modeli olur. Bu modellərin satışı, 2007-ci ilin birinci yarısında ayda 10 min ədədə çatır.

Şirkət məhsullarının itehsal gücunu və keyfiyyətini artırmaq üçun Şanxayda araşdırma və inkişaf mərkəzi qurur.[5]

2010-cu ildə şirkət, elektrikavtomobillər bazarında dünyanın öncul şirkətlərindən biri olmaq barədə planlarını elan edir.[6]

Model siyahısı

[redaktə | vikimətni redaktə et]
  • BYD F0 — mini hetçbek
  • BYD F3 — birinci nəsil sedan (2005-ci il modeli), yalnız üçüncü dünya ölkələrinin bazarlarına ixrac olunur
  • BYD F3 — ikinci nəsil restayl edilmiş sedan (2014-cü il nümunəsi)
  • BYD New F3 — üçüncü nəsil sedan (2016-cı il nümunəsi)
  • BYD F5 — Su Rui F3 Uzun Platforma Sedan
  • BYD e5 300 — Su Rui modelinə əsaslanan elektrikli vasitə (EV)
  • BYD Qin — WTHEV hibrid güc aqreqatı olan sedan
  • BYD EV300 — Qin modelinə əsaslanan elektrikli vasitə (EV)
  • Daimler MFA platformasına əsaslanan DENZA — 400 EV modernləşdirilmiş elektrikli vasitə (EV) (Mercedes Benz B-class W246)
  • BYD Yuan — HEV hibrid güc aqreqatı ilə kompakt SU1
  • BYD Song — HEV hibrid güc aqreqatı olan S3 kompakt krossover
  • BYD S6 — tam ölçülü krossover
  • BYD Tang, S6 bazlı bir HEV hibrid krossoveridir
  • BYD S7 tam ölçülü bir premium krossoverdir
  • BYD M6 — mikroavtobus
  • BYD e6 — kompakt van elektrikli vasitə (EV), 400 km-ə qədər artan məsafəyə sahib taksilər üçün xüsusi versiya
  • BYD Shang — Nissan NV200 platformasına əsaslanan məhdud sayda istehsal olunan M3 DM hibrid kompakt van
  • BYD T3 — Sınırlı Buraxılış Şanqlı EV Çatdırılma Vanası
  • BYD K9 — təxminən 250 km güc ehtiyatı olan seriyalı şəhər aşağı mərtəbəli 12 metrlik elektrik avtobusu (27 oturacaq + 4 sosial)
  1. ↑ Global LEI Index.
  2. 1 2 3 4 5 6 İllik hesabat.
  3. ↑ https://www.vestifinance.ru/articles/124286 Arxivləşdirilib 2019-12-02 at the Wayback Machine (#empty_citation)
  4. ↑ "Arxivlənmiş surət". 10 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2021.
  5. ↑ http://www.autonet.ru/auto/ttx/byd Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine (#empty_citation)
  6. ↑ "Arxivlənmiş surət". 3 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2021.