Məzmuna keç

Sansiyan

Vikipediya, azad ensiklopediya
Sansiyan
Təsnifat simli musiqi aləti
Hornbostel–Zaks təsnifatı 321.322-5
Əlaqəli alətlər Pipa
Juyan
Mənşə ölkəsi Çin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sansiyan (Çincə: 三弦,, pinyin: sānxián) — mənası üş simli olan Çinmənşəli simli musiqi aləti. Ondan xalq musiqisi orkestrlərində və Çin teatrında istifadə olunur. Onun iki növü var: böyük və kiçik.[1]

Başqa bir adı xiansidir.

Bu yaxınlara qədər sansiyanın Çində XIV əsrdə Monqol istilasından sonra meydana gəldiyinə inanılırdı. Lakin müasir tədqiqatlar göstərir ki, sansiyanın hələ Tan sülaləsi dövründə (VII-X əsrlər) tanındığı bildirilir.[2]

Sansiyan struktur baxımından sitar və tanbur kimi Orta Asiya alətlərinə bənzəyir və Yapon şamiseninin mənşəyi birbaşa sansiyana gedib çıxır (Ryukyu sanşini də ara mərhələ kimi xidmət edir).

Sansiyan Pekin operasında dörd əsas musiqi alətindən biri hesab olunur (digər üçü jinghu, jinerhu və yansindir). Sansiyan və yueqindən əlavə, pipa da Pekin opera orkestrində əsas alətdir.[3]

  1. ↑ Myers, John. The way of the pipa: structure and imagery in Chinese lute music. Kent State University Press. 1992. 5–7. ISBN 978-0-87338-455-1.
  2. ↑ 楊慎 (en:Yang Shen). 昇庵外集 [en:Outer Collection of Sheng'an].
  3. ↑ Sanxian // Encyclopaedia Britannica.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]