Məzmuna keç

The New Yorker

Vikipediya, azad ensiklopediya
The New Yorker
Loqonun şəkli
Ümumi tiraj 1.221.133
Təsis tarixi 21 fevral 1925
Ölkə
Qərargah
Dil amerikan ingiliscəsi, ingilis dili[1]
ISSN 0028-792X, 2163-3827
OCLC nömrəsi 1760231, 61311198
newyorker.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The New Yorker — Amerika Birləşmiş Ştatlarında nəşr olunan və məzmunu müsahibələr, şərhlər, tənqidlər, esselər, bədii ədəbiyyat nümunələri, satiralar, karikaturalar və şeirlərdən ibarət olan jurnaldır. Amerikalı jurnalist Harold Ross tərəfindən 1925-ci ildə həftəlik jurnal kimi təsis edilən bu jurnal hal-hazırda ildə 47 dəfə nəşr olunur. Doroti Parker, Ralf Barton, Aleksandr Vulkut, Rinq Lardner və Robert Bençley kimi məşhur şəxslər jurnala ilkin yarandığı dövrlərdə töhfə verənlər arasında olmuşdurlar.[3] Onun məzmunu əsasən Nyu-York mədəniyyəti istiqamətində olsa da, jurnal Nyu-Yorkdan kənarda da böyük bir oxucu kütləsinə malikdir. Jurnal illüstrasiyalı və tematik üz qabığı, eləcə də populyar mədəniyyət istiqamətində olan şərhləri, qısa hekayələri və ədəbi tənqidləri ilə tanınır. Jurnal 1984-cü ildə Samuel İrvinq Nyuhaus tərəfindən alınmış və Advance Publications media qrupunun tərkibinə daxil edilmişdir.

  1. 1 2 The ISSN portal (ing.). Paris: ISSN International Centre. ISSN 0028-792X.
  2. ↑ The New Yorker // Who owns Frank?, The New Yorker, 6 januari 1997 (nid.). 1997.
  3. ↑ "A New Yorker Timeline", The New Yorker, http://www.newyorker.com/magazine/timeline Arxivləşdirilib 2013-11-07 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]