Zulular

Zulular — Cənubi Afrikadakı ən böyük etnik qəbilələrdən biri. Zulular Cənubi Bantu xalqının bir qoludur və etnik, dil və mədəni cəhətdən svazi, eləcə də xosa xalqları ilə qohumdur[1]. Zulu dilində danışırlar.
Əcdadları
[redaktə | vikimətni redaktə et]Zulular əcdadlarını "Mukuru" ("kuru" "qoca, çox qoca" deməkdir) adlandırırlar. Hesab edirlər ki, o, həm insanlarla heyvanları, quşları yaratmışdır, həm zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir.
Məşğuliyyət formaları
[redaktə | vikimətni redaktə et]Zulular tarixən maldar və fermerdir. Bu məşğuliyyət formaları müasir dövrdə də öz dominantlığını saxlayır.
Tarix
[redaktə | vikimətni redaktə et]Avropalıların gəlişi ilə zulular üçün əksər Afrika xalqları kimi müstəmləçilik və istirmar dövrü başlamış oldu. XIX əsrdən başlayaraq zulular avropalıların apardığı istismarçı siyasətə qarşı olduqca müqavimət göstərmişdir. 1838-ci il dekabrın 16-da Voortrekkerlərdən (Cənubi Afrikaya gəlmiş avropalılar və onların nəsilləri) ibarət bir qrup ilə təqribi sayları 20 min olan zulu döyüşçülər arasında döyüş baş tutdu. Tarixdə Qan Çayı Döyüşü kimi tanınan bu döyüşdə odlu silahların qabağında duruş gətirə bilməyən zulular məğlub oldu, 3 min zulu öldürüldü və sağ qalanların bir qismi qul edildi[2].
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Zulu məədəniyyəti özünəxas geyim, musiqi və kulinariya ənənələri ilə fərqlənir. Zulu mətbəxi əsasən tərəvəz-bitki əsaslıdır. Kartof, qarğıdalı və balqabaq ən çox istifadə olunan inqrediyentlərdəndir.
Dini inanclar
[redaktə | vikimətni redaktə et]Zulular ölümün son olduğunu qəbul etmir və ölümdən sonra da başqa bir həyatın varlığına inanırlar. Ona görə də ölən şəxsin əşyaları onun ilı birlikdə basdırılır. Ölümdən sonrakı həyata inam ilə yanaşı zulularda olduqca güclü əcdad kultu da formalaşmışdır[3].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Zulu dili
- Anqlo-Zulu müharibəsi (1879)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Zulu people. Arxiv surəti 17 may 2026 tarixindən Wayback Machine saytında istifadə tarixi: 7 aprel 2026.
- ↑ Zulu people. Arxiv surəti 28 aprel 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 7 aprel 2026.
- ↑ Zulu. Arxiv surəti 7 aprel 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 7 aprel 2026.