Məzmuna keç

Əvzai

Vikipediya, azad ensiklopediya
Əvzai
ərəb. عبد الرحمن الأوزاعي
Doğum tarixi 707(0707)[1][2]
Doğum yeri
Vəfat tarixi 774(0774)[1][2] (66–67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma
Elm sahəsi fiqh
Tanınmış yetirmələri Süfyan əs-Səvri, Malik ibn Ənəs, Abdulla ibn Mübarək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvzai (ərəb. الأوزاعي) və ya Əbu Əmr Əbdürrəhman ibn Əmr ibn Yuhmid əl-Əvzai (707[1][2], Bəəlbək, Suriya, Əməvilər xilafəti[3]774[1][2], Beyrut, Abbasilər xilafəti[3]) — Əvzaiyyə məzhəbinin banisi, fiqh və hədis alimi.[4]

Bəəlbəkdə anadan olduğu qeyd olunur.[5] İlk təhsilini burada alıb. Sonra Dəməşqə gedib. Burada əvvəl Nümeyr ibn Əvs əl-Əşariyə, sonra isə Məkhula tələbəlik edib. Həmçinin Qətadə, Əta ibn Əbu Rəbah, Məhəmməd Baqir, Məhəmməd ibn Münkədir və Abdullah ibn Ləhia kimi müəllimlərdən də dərslər alıb. Yəhya ibn Əbu Kəsir, Nafi, Zöhri, İbn Sirin, Rəbia ibn Əbu Əbdürrəhman kimi alimlərdən hədis dinləmişdir. Malik ibn Ənəs, Şöbə ibn Həccac, Süfyan əs-Səvri, Abdullah ibn əl-Mübarək, Yəhya ibn Said əl-Qəttan, Əbu İshaq əl-Fəzari kimi tanınmış şəxslər də ondan hədis rəvayət ediblər.[4]

Abbasilərin qazılıq təklifini qəbul etməmişdir. Beyruta köçmüş və orada da vəfat etmişdir.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France ʿAbd al-Raḥmān al- Awzāʿī // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 ʿAbd al-Raḥmān al-Awzāʿī // AlKindi.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119129345 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
  4. 1 2 3 Öğüt, S. "Evzâî". TDV İslâm Ansiklopedisi (türk). 1995. Archived from the original on 21 mart 2025. İstifadə tarixi: 29 mart 2025.
  5. Zəhəbi, Şəmsəddin. Siyəru Aləmin-Nubəla (ərəb). VII. 108. 17 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2026.