Məzmuna keç

Erix Fromm

Vikipediya, azad ensiklopediya
Erix Fromm
alm. Erich Fromm‎
Doğum adı Erich Seligmann Fromm
Doğum tarixi 23 mart 1900(1900-03-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 mart 1980(1980-03-18)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Elm sahələri fəlsəfə, Sosial psixologiya, psixoanaliz, sosial fəlsəfə, etika, Din fəlsəfəsi, sosiologiya, psixologiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Mükafatları +
fromm-online.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[1][2][…], Frankfurt-Mayn[3][4] – 18 mart 1980[1][2][…], Ticino) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri.

Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb.

1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir. Yel Universiteti, Nyu York Universiteti Bennington Kolleci, Miçiqan Əyalət Universitetində təhsil işçisi olaraq çalışır.

1949-cu ildə Meksika Milli Muxtar Universitetindən gələn bir professorluq təklifini qəbul edir və tibb fakültəsi magistr bölümündə ruh təhlil etmə şöbəsini qurur, 1965-ci ildə təqaüdçü olana qədər orada çalışır.

Təqaüdçülük illərini keçirdiyi 1980-ci ildə İsveçrədə vəfat edib.

Marksist və sosialist, humanist dünyagörüşünü mənimsəyən Fromm, qərb kapitalizmi və SSRİ kommunizmini rədd edirdi.

Erix Frommun çalışmaları bir çox dilə tərcümə edilib.

  1. 1 2 3 4 Erich Fromm (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 Erich Fromm (kat.). // Gran Enciclopèdia Catalana. Grup Enciclopèdia.
  3. 1 2 Фромм Эрих (rus.). // Большая советская энциклопедия: [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия. 1969—1978.
  4. 1 2 Katalog der Deutschen Nationalbibliothek (alm.).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]