Məzmuna keç

III Aleksandr

Vikipediya, azad ensiklopediya
III Aleksandr
rus. Алекса́ндр III Алекса́ндрович
1 (13) mart 1881 – 20 oktyabr (1 noyabr) 1894
ƏvvəlkiII Aleksandr
SonrakıII Nikolay
Şəxsi məlumatlar
Doğum adı Александр Александрович
Doğum tarixi 26 fevral (10 mart) 1845(1845-03-10)[1][2]
Doğum yeri
Vəfat tarixi 20 oktyabr (1 noyabr) 1894(1894-11-01)[1][2] (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Nefrit (xəstəlik)[1]
Dəfn yeri
Atası II Aleksandr[1]
Anası Mariya Aleksandrovna[1]
Həyat yoldaşı
Uşaqları
Hərbi xidmət
Rütbəsi
  • infanteriya generalı[d] (1874)
Döyüşlər

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni — 1845 II dərəcəli Müqəddəs Georgi ordeni — 1877 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1877 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1870 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1864 Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni — 1845 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni — 1845 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni — 1865 "İgidliyə görə" qızıl qılıncı — 1878 "Rusiya–Osmanlı müharibəsinə (1877–1878) görə" medalı — 1878 Knight Grand Cross of the Military Order of William — 1881 "Niderland şiri" ordeni — 1865 "Qızıl Nassau şiri" ordeni "Qara qartal" ordeni — 1857 House Order of Hohenzollern Pour le Mérite — 1877 "Takovo xaçı" ordeni — 1878 "Osmaniyə" ordeni — 1866 "Rumıniya ulduzu" ordeni — 1877 Grand Cordon of the Order of Leopold — 1865 "Fəxri legion" ordeninin böyük xaçı "Qızıl yun" ordeninin cəngavər dərəcəsi Macarıstanın "Müqəddəs Stefan" kral ordeni — 1866 "Xilaskar" ordeni — 1866 "Cənubi xaç" ordeni "Doğan günəş" ordeni — 1880 "Müqəddəs Hubert" ordeni — 1865 "Müqəddəs Olaf" ordeni — 1879 Order of Bravery Order of Prince Danilo I — 1867 Royal Order of Kamehameha I "Serafimlər" ordeni — 1865 "Fil" ordeni — 1865 "Danebroq" ordeninin böyük komandor dərəcəsi — 1891 "Ən müqəddəs müjdə" ali ordeni — 1865 Grand Cross of the Order of the Tower and Sword — 1865 Grã-Cruz da Ordem de Cristo Order of Aviz — 1873 Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni Order of the Rue Crown — 1866 Order of the Wendish Crown — 1865 "Vürtemberq tacı" ordeni — 1864 Order of St. George — 1865 Royal Order of the Welfs — 1865 Order of Ludwig I — 1857 Order of the White Falcon — 1865 Cross "Danube Crossing" House and Merit Order of Peter Frederick Louis
Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Aleksandr (26 fevral (10 mart) 1845[1][2], Sankt-Peterburq – 20 oktyabr (1 noyabr) 1894[1][2], Livadiya, Yalta qəzası[d], Tavriya quberniyası[d][3])— Romanovlar sülaləsinin üzvü, 1881–1894-cü illərdə Rusiya imperiyasının imperatoru. Təmsil etdiyi hökumətə qarşı çıxmış və rus millətçiliyini dəstəkləmişdir.

Çar I Nikolayın nəvəsi, vəliəhd şahzadə Aleksandr Nikolayeviçin (II Aleksandr) ikinci oğlu idi. Qardaşı vəliəhd şahzadə (1855-dən sonra) Nikolay Aleksandroviçin 1865-ci ildə ölümünə qədər vəliəhd olmağı xəyal kimi düşünən Aleksandr, şahzadə olarkən dövrünün hersoqlarına verilən ilk və orta təhsilini almağa başladı. Yalnız 1865-ci ildə vəliəhd olarkən, rus dövlət adamı K. P. Pobedonostsev tərəfindən yetişdirilməyə başlandı. Qardaşı Nikolay, ölümündən əvvəl nişanlısını Danimarkalı şahzadə Daqmarın (Ortodoks olduqdan sonra Mariya Fyodorovna) Aleksandr ilə evlənməsini istəmişdi. Bu istəklə razılaşan Aleksandr və Daqmarın çox xoşbəxt bir evlilikləri oldu. Aleksandr, vəliəht olarkən atası ilə müxtəlif mövzularda razılaşmamağa başladı. Bu münaqişə, Franız-Alman döyüşü zamanı zirvəyə çatdı. Aleksandr fransızları; Çar isə almanları dəstəklədi. Almanlardan xoşu gəlməyən Aleksandr, Pebodonostsevdən aldığı təhsillə bağlı olaraq ifrat millətçi və dindar Ortodoks olmuşdu. Ona lağ edən atasına məhəl qoymayan Aleksandr, 1877–1878 Osmanlı-Rus müharibəsində Rus ordusunun sol qanadına rəhbərlik etdi. Amma Rusiyanın ələ keçirdiyi əraziləron çoxu, alman kansleri Otto fon Bismarkın rəhbərliyindəki Berlin Konqresində itirilərkən o, xəyal qırıqlığına uğradı və buna görə də almanları bağışlamadı.

Çar II Aleksandr, 1881-ci il 13 mart tarixində Loris-Məlikov konstitusiyasını imzaladığı gün, Xalqın İradəsi təşkilatının həyata keçirdiyi bombalı sui-qəsd zamanı ölərkən, ertəsi gün Aleksandr, III Aleksandr adı ilə çar oldu. İlk işi atasının imzaladığı konstitusiyanı ləğv etmək oldu. Buna görə də Rusiya, Qərbin sözdə liberalizmi ilə deyil, Ortodoks dəyərləri ilə xilas ola bilərdi.

Aleksandrın əsas qayəsi; dili, dini, idarə forması bir olan bir ölkə yaratmaq idi. Bu məqsədlə; alman, polşa, fin, uyğur və qırğız əsilli insanlara rus dilini və rusca təhsil keçən məktəbləri məcburi olaraq qəbul etdirdi, yahudilərə təzyiq göstərdi və mərkəzdən uzaqda yerləçən, alman, polşa və isveç təşkilatlarının qalıqlarını aradan qaldırdı.

Xarici əlaqələrdə sülh tərəfdarı olan Aleksandr, buna baxmayaraq almanlardan razı deyildi. Ancaq yenə də bu ölkə ilə yarana biləcək ziddiyyətdən yayındı. Hətta Almaniya, Avstriya və Rusiyanın daha əvvəl qatıldığı "Üç İmperatorluq" ittifaqını qısa müddətlik canlandırdı. Ancaq xüsusilə II Vilhelmin hakimiyyətinin ilk illərində Almaniya daha soyuq münasibət göstərdi.

1894-cü il noyabrın 1-də ölümündən sonra taxta Rusiyanın son çarı olan oğlu II Nikolay keçdi.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Александр III (rus.). // Энциклопедический словарь. / ред. Иван Ефимович Андреевский. Санкт-Петербург: Брокгауз — Ефрон. 1890. Т. I. С. 411–413.
  2. 1 2 3 4 D. M. W.. Alexander III. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information. / ed. Hugh Chisholm. 11 New York, Cambridge, England: University Press. 1911. Vol. 1. P. 581–583.
  3. 1 2 Ливадия (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1896. Т. XVIIа. С. 644.
  4. ↑ Николай II (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1897. Т. XXI. С. 124–128.
  5. ↑ Георгий Александрович (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1892. Т. VIII. С. 420.
  6. ↑ Ксения Александровна (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1895. Т. XVIа. С. 907.
  7. ↑ Михаил Александрович (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1896. Т. XIXа. С. 485.
  8. ↑ Ольга Александровна (rus.). // Энциклопедический словарь. Санкт-Петербург: Брокгауз — Ефрон. 1897. Т. XXIа. С. 911.
  9. ↑ Biografiskt lexikon för Finland (isveç.). Svenska litteratursällskapet i Finland.