Məzmuna keç

Meyci

Vikipediya, azad ensiklopediya
Meyci
yap. 明治天皇
3 fevral 1867 30 iyul 1912
ƏvvəlkiKomei[d]
SonrakıTayse
Şəxsi məlumatlar
Doğum tarixi 3 noyabr 1852(1852-11-03)
Vəfat tarixi 30 iyul 1912(1912-07-30) (59 yaşında)
Vəfat səbəbi şəkərli diabet
Dəfn yeri
Atası Komei[d]
Uşaqları
Çin adı
Era adı Meyci dövrü
Vəfatından sonrakı adı 明治

Təltifləri "Qara qartal" ordeni "Corab bağı" ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky "Qızıl yun" ordeninin cəngavər dərəcəsi "Xilaskar" ordeni boyünbağılı "Payızgülü" ordeni "Payızgülü" ordeninin böyük lenti "Müqəddəs xəzinə" ordeni 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni 1-ci dərəcəli "Doğan günəş" ordeni "Müqəddəs Hubert" ordeni Royal Order of Kamehameha I "Serafimlər" ordeni "Fil" ordeni "Ən müqəddəs müjdə" ali ordeni "Müqəddəs Mavriki və Lazar" ordeni "İtaliya tacı" ordeninin böyük xaçı Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni Order of the White Falcon "Qızıl çərpələng" ordeni Order of the Saxe-Ernestine
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 185230 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur.

Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar.

Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir.

"Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi. Cənazənin önündə köhnə Yaponiya, arxasında isə yeni Yaponiya gəlirdi[1].

Siyasi islahatları

[redaktə | vikimətni redaktə et]

Uğurlu islahatlar dövlət şurası tərəfindən həyata keçirilir. İlk əvvəllər hökumətə üç nazir rəhbərlik edirdi. Sonradan 1885-ci ildə isə qərb sayağı hökumət qurulur. Hökumətin başına isə baş nazir gətirilir[2]. Çevriliş tərəfdarları ilk əvvəllər ekstrimistlərdən çəkinirdilər. Yeni liderlər mülklə əlaqədar islahatlar həyata keçirmək istəyirdilər. 1869-cu ildə bir çox daymelər öz topaqlarını imperatora verirlər. Onlar əvvəllər idarə etdikləri daymelərdən qubernatorlara çevrilirlər. Bir müddət sonra isə digər daymelər də bu addımı atmaq məcburiyyətində qalırlar.

İmperator parlamentdə (1890)
(1890)

1871-ci ildə imperatorun əmri ilə ölkədə muxtariyyətlər ləğv edilir və yerində 72 prefektura qurulur. Paytaxt Tokioya köçürülür.

Ölkədə parlamentin olmasına baxmayaraq son söz imperatora aid olmuşdur. O, ölkəyə uzun zaman rəhbərlik etməsinə baxmayaraq hakimiyyətdə cəmi 45 il olmuşdur.

Yaponların çoxu Meyci dövrü ilə fəxr edirlər. Belə ki, Yaponiya bu islahatların sayəsində Sakit okean regionunun dominat ölkəsinə çevrilir. Üstəlik dünyada söz sahibi olurlar. İslahatlarda imperatorun rolu müxtəlif olaraq qiymətləndirilir. Dəqiq şəkildə onun Yaponiya-ÇinRus-yapon müharibələrinin tərəfdarı olub-olmaması bilinmir. Onun şerlərində daha çox pasifistlik hiss edilir. O, daha çox müharibə tərədarı olmayan insan xüsusiyyəti bağışlayırdı.

İmperator Diabet, NefritQastroenteritdən əziyyət çəkirdi. Özü isə Umeriyadan vəfat etmişdir. Rəsmi mənbələrdə onun ölümü 30 iyul 1912 ildə saat 00:42 baş verməsi qeyd edilir. Əslində isə ölüm , 29 iyul saat 22:40 baş verir[3][4]. Ölümündən sonra onun Meyci islahatlarında rolu böyük qiymətləndirilmiş. Üstəlik onun və həyat yoldaşı Sakenin tez-tez ziyarət etdiyi bağçada Meyci Cinqu məbədi inşa edilmişdir.

  1. http://query.nytimes.com/mem/archive-free/pdf?res=9D05E3DB1F3CE633A25750C1A9669D946396D6CF Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine "The Funeral Ceremonies of Meiji Tenno" reprinted from the Japan Advertiser [Article 8—No Title],] New York Times. 13 October 1912.
  2. Qordon, 2003
  3. Takashi, Fujitani. Splendid monarchy: power and pageantry in modern Japan. University of California Press. 1998. səh. 145. ISBN 978-0-520-21371-5.
  4. "広報 No.589 明治の終幕" (PDF). Sannohe town hall. 28 noyabr 2012 tarixində /589.pdf orijinalından (#bad_url) (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 may 2011. (yap.)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]